Paşinyan albaniyalı həmkarı ilə Azərbaycanla sülh sazişinin imzalanmasının əhəmiyyətindən danışıb
15
may
2025
21:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın baş naziri Nikol Paşinyan "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Albaniyaya işgüzar səfəri çərçivəsində albaniyalı həmkarı Edi Rama ilə görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, onlar regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması prosesinə toxunulub. Bölgədə sabitliyin və davamlı sülhün təmin edilməsi naminə sülh sazişinin imzalanmasının əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin...