Paşinyan arvadını iclasdan çıxaran generalı işdən qovdurubmuş
Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyan müharibə gedən zaman Baş nazir Nikol Paşinyanın arvadı Anna Akopyanla mübahisə edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Mübahisəyə səbəb Anna Akopyanın hərbi komandanlığın iclasında icazəsiz iştirak etməsi olub. Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi, general-polkovnik Movses Akopyan baş nazirin arvadından iclasın keçirildiyi məkanı tərk etməsini istəyib.
Erməni general Anna Akopyanı komanda məntəqəsində görüb. O, həmin vaxt monitorun qarşısında oturub döyüşün video yazısına baxırmış. General-leytenant Samvel Babayan da orada olub. Lakin o, məsələyə dair heç bir sual verməyib.
General Akopyan baş nazirin arvadına yaxınlaşaraq iclasda iştirakına ehtiyac olmadığını söyləyib: "Dedim ki, lazım deyil, burada kişilər danışır, söyüş söyürlər. O, mənimlə razılaşdı.
Dörd saatdan sonra məni müdafiə nazirini görmək üçün İrəvana çağırdılar. Qarabağa qayıdacağım ümidi ilə nazirlə görüşə getdim. Ancaq nazir mənə daha geri qayıtmayacağımı bildirdi".
Erməni generalın sözlərinə görə, Paşinyanın adından ona komanda məntəqəsinə getmək qadağası qoyulub.
Oxşar xəbərlər
Sabiq Baş Qərargah rəisi: “Ermənistan Müdafiə Nazirliyinin döyüşlərlə bağlı məlumatları yalan idi”
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsinin sabiq rəhbəri, Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin keçmiş rəisi, general-leytenant Movses Akop...