Sabiq Baş Qərargah rəisi: “Ermənistan Müdafiə Nazirliyinin döyüşlərlə bağlı məlumatları yalan idi”

Sabiq Baş Qərargah rəisi: “Ermənistan Müdafiə Nazirliyinin döyüşlərlə bağlı məlumatları yalan idi”
Siyasət 698

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsinin sabiq rəhbəri, Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin keçmiş rəisi, general-leytenant Movses Akopyan ordu sıralarından istefa verməsini rəhbərliyin yalanlar uydurması ilə əlaqələndirib.

BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Erməni general bildirib ki, müharibə günlərində Ermənistan Müdafiə Nazirliyinin yaydığı informasiyaların 100 faizi yalan olub:

"İstənilən dövlətin silahlı qüvvələrində informasiya mərkəzi var ki, onun qarşısına qoyulan tapşırıqlardan biri düşməni yanıltmaqdır. Yəni yalan məlumat, dezinformasiya yaymaqdır. Fəqət belə prinsip var: 30 faiz dezinformasiya, yerdə qalanı həqiqət. Amma müharibə günlərində bizim Müdafiə Nazirliyinin yaydığı informasiyaların 100 faizi yalan idi".

Oxşar xəbərlər

Erməni general istefa verib

Erməni general istefa verib

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi, general-polkovnik Movses Akopyan istefa ərizəsi yazıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki...

678 Siyasət 19:19 18 noyabr 2020

Son xəbərlər