Ermənistanda hökumətin tam tərkibdə istefası tələb olunur

Ermənistanda hökumətin tam tərkibdə istefası tələb olunur
Siyasət 295

Yerevanda Ermənistan hökumətinin binası qarşısında Nazirlər Kabinetinin tam tərkibdə istefası tələbi ilə aksiya keçirilib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, aksiyanın təşkilatçısı Milli Gündəlik Partiyasının üzvləridir.

Partiya Şurasının başçısı Ara Akopyan bildirib ki, aksiya yalnız təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın deyil, kollektiv, proqram və strateji məsuliyyət daşıdıqları üçün hökumətin bütün üzvlərinin istefasını tələb edir. Onun sözlərinə görə, istefa tələbini müxtəlif ictimai təşkilatlar, ictimai fəallar və müxalifət qüvvələri də dəstəkləyir.

Ara Akopyan deyib ki, Nazirlər Kabineti istefa verəcəyi halda keçid dövrü üçün “yol xəritəsi” təqdim ediləcək, milli həmrəylik hökuməti qurulacaq.

Oxşar xəbərlər

Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilib

Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilib

Ali məktəblərə daxil ola bilməyən abituriyentlər və valideynləri Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçiriblər. BAKU.WS report-a istinad...

618 Siyasət 17:26 22 iyul 2020

Son xəbərlər