Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilib

Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilib
Siyasət 608

Ali məktəblərə daxil ola bilməyən abituriyentlər və valideynləri Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçiriblər.

BAKU.WS report-a istinadən xəbər verir ki, məlumatı “Novosti Armenia” yayıb.

Aksiya iştirakçılarının etirazına səbəb abituriyentlərin qəbul imtahanında yüksək bal toplamalarına baxmayaraq, birinci və ikinci ərizə ilə ali məktəbə daxil ola bilməmələri göstərilib. Etirazçılar bildiriblər ki, ali məktəbə onlardan daha az bal toplayanlar daxil olub.

Valideynlərdən birinin sözlərinə görə, iyulun 22-də parlamentdə 739 abituriyentlə bağlı məsələnin müzakirəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan və onun müavini iştirak etməyib.

Aksiya iştirakçıları vurğulayıblar ki, məsələ öz həllini tapmazsa, nazirin və müavininin istefasını tələb edəcəklər.

Son xəbərlər