Putin Medvedevə yeni vəzifə təklif edib
Rusiya Prezidenti Vladimir Putin ölkənin keşmiş baş naziri Dmitri Medvedevə yeni vəzifə veriləcək.
BAKU.WS-in məlumatına görə, Putin Medvedevə yeni təsis olunan Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini təklif edib.
Qeyd edək ki, D.Medvedev 8 ilə yaxın müddətdə Rusiya Hökumətinin sədri vəzifəsində çalışıb. Hazırda istefaya gedən hökumət 2018-ci ildə formalaşdırılıb. Onun tərkibində hökumət sədrinin 10 müavini, bir birinci vitse-prezident və 22 nazir var idi.
Xatırladaq ki, bu gün Rusiya hökuməti tam tərkibdə istefa verib. Rusiya Hökumətinin sədri Dmitri Medvedev Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətindən sonra onunla görüşü zamanı hökumətin tam tərkibdə istefaya getdiyini bildirib.
O vurğulayıb ki, Prezidentin müraciətində verdiyi təkliflər müzakirələrdən sonra həyata keçiriləcək, Konstitusiyanın bir neçə maddəsinə düzəlişlər olunacaq, bütövlükdə hakimiyyət balansında dəyişikliklər baş verəcək. Bu baxımdan hökumətin istefa verməsi məqsədəuyğundur.
Oxşar xəbərlər
Rusiya hökuməti tam tərkibdə istefaya getdi
Rusiyanın baş naziri Dmitri Medvedev hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb. BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Rusiya...