Paşinyan ikinci dəfə baş nazir seçilmədi
01
noy
2018
21:32
Ermənistan Milli Məclisi ikinci dəfə Paşinyanı ölkənin baş naziri seçməyib. BAKU.WS erməni mətbuatına istinadən xəbər verir ki, noyabrın 1-də keçirilən xüsusi iclasa cəmi 13 deputat qatılıb. Onlardan heç biri Paşinyanın lehinə və ya əleyhinə səs verməyib. Baş nazirin seçilməsi üçün isə 53 səs lazımdır. Xatırladaq ki, Paşinyan oktyabrın 16-da vəzifəsindən istefa verib və əsas məqsədi dekabrda erkən parlament seçkilərinin keçirilməsinə nazil olmaqdır. Konstitusiyaya görə, ikinci dəfə baş nazir seçmək mümkün olmursa parlament buraxılır. Yaxın gələcəkdə, erkən seçkilərin rəsmi tarixi məlum olacaq.BAKU.WS
Oxşar xəbərlər
Ermənistan parlamenti Paşinyanın namizədliyini rədd etdi
Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın hökumət başçısı postuna namizədliyini qəbul etməyi...