Ermənistan parlamenti Paşinyanın namizədliyini rədd etdi
24
okt
2018
17:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın hökumət başçısı postuna namizədliyini qəbul etməyib.
BAKU.WS Ermənistan KİV-nə istinadən xəbər verir ki, spiker Ara Babloyan qeyd edib ki, onun gözlədiyi kimi, deputatların heç biri onun namizədliyini dəstəkləməyib.
Belə ki, 34 deputat iclasa gəlməyib, 11 deputat bitərəf qalıb, 1 deputat isə onun əleyhinə səs verib.
Paşinyan parlamentin buraxılması üçün daha bir dəfə namizədliyinin dəstəklənməməli olduğunu xatırladıb.
BAKU.WS
Oxşar xəbərlər
Ermənistanda siyasi böhran
Ermənistan parlamentində təmsil olunan “Daşnaksutyun” və Respublikaçılar partiyalarının son bəyanatları bu ölkənin siyasi kataklizmlər mərhələsinə qədəm qoyduğu...