Sərkisyan Paşinyanın yolunu açdı
02
may
2018
21:21
"Ermənistanın hakim Respublikaçılar Partiyası mayın 8-də keçiriləcək seçkidə baş nazir vəzifəsinə namizəd irəli sürməyəcək".BAKU.WS Virtualaz.org-a istinadən bildirir ki, bunu hakim partiyanın fraksiya rəhbəri Vaqram Baqdasaryan deyib.Onun sözlərinə görə, Ermənistanın Respublikaçılar Partiyası parlamentin üçdə birinin dəstəyini qazanacaq namizədə səs verəcək: "Bizim namizədimiz olmayacaq. Amma ölkənin Nazirlər Kabinetinin yeni sədrinin adı mayın 8-də məlum olacaq".O, Ermənistanda etiraz aksiyalarının iştirakçılarını yolların, magistralların, aeroportun blokadasına son qoymağa və konstitusiya müstəvisinə qayıtmağa çağırıb.Xatırladaq ki, Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı səsvermə mayın 8-də keçiriləcək.Bağdasaryan onu da deyib ki, Respublika partiyası parlament üzvlərinin üçdə birinin irəli sürdüyü namizədi dəstəkləyəcək. Bu isə o deməkdir ki, Nikol Paşinyanın baş nazir olması üçün artıq maneə qalmır. Çünki onun namizədliyini 105 yerlik parlamentdə azı 45 deputat dəstəkləyir.BAKU.WS
Oxşar xəbərlər
Paşinyan Ermənistanda ümummilli tətil elan etdi - Yollar bağlandı
Ermənistanda etiraz hərəkatının lideri, bu gün parlamentdə baş nazir seçilməmiş Nikol Paşinyan tərəfdarlarını ölkənin bütün yollarını, metro stansiyalarını, hav...