Nikol Paşinyanın planında nələr var?

Nikol Paşinyanın planında nələr var?
Siyasət 6174
Ermənistanın yeni hökumətinin proqramı hazırdır və 7 iyunda parlamentin müzakirəsinə çıxarılacaq.BAKU.WS xəbər verir ki, bu barədə Elxan Şahinoğlu “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, bu proqramın əsas tezislərində yeni heç nə yoxdur.“Məsələn proqramın xarici siyasət və Dağlıq Qarabağ hissələrində bunlar yazılıb: “Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinə cavabdehdir”, “Danışıqlarda bizim üçün Dağlıq Qarabağın statusu əsasdır”, “Dağlıq Qarabağ təmsilçiləri danışıqlarda iştirak etməlidirlər”, “Ermənistan hökuməti beynəlxalq aləmdə erməni soyqırımının tanınması siyasətini aparacaq”, “Rusiya ilə müxtəlif sahələrdə strateji tərəfdaşlıq davam edəcək”.Proqramda ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın vacibliyindən də danışılır. Üstəgəl proqramın ana xətlərindən biri də Ermənistanın Gürcüstan və İranla əməkdaşlığını dərinləşdirməsinin vacibliyinin göstərilməsidir. Uzaq Çin, Hindistan və Yaponiya ilə siyasi və iqtisadi ələqələrin inkişafı vacibliyi də unudulmayıb.Bütün bu maddələr Nikol Paşinyanın devirdiyi Serj Sərkisyanın proqramında da olub. Guya Serj Sərkisyan Avropa İttifaqı ilə əməkdaşlıq etmək istəmirdi, yoxsa qonşuları Gürcüstan və İranla əməkdaşlığa önəm vermirdi? Bunlar hamısı olub, ancaq olduğu halda Ermənistan iqtisadiyyatını və Serj Sərkisyanın özünü xilas etməyib. Əsas proqram deyil, Paşinyanın atacağı addımlara Rusiyanın necə reaksiya verəcəyidir.Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə Nyu-Yorkda günlər keçirib “BMT qətnamələri yerinə yetirilməlidir” təkrarlamaqdansa (onsuz da yerinə yetirmirlər və topu hər dəfə ATƏT-ə atırlar) Ermənistandakı və Dağlıq Qarabağdakı prosesləri diqqətlə izləyib, buna uyğun gedişlər fikirləşməlidir, - deyə Elxan Şahinoğlu bildirib.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər