“Qarabağın azad edilməsini sürətləndirmək lazımdır” - Ekspert

“Qarabağın azad edilməsini sürətləndirmək lazımdır” - Ekspert
Siyasət 1559

"Dağlıq Qarabağ münaqişəsini xeyrimizə həll etmək, ən azı ətraf rayonların azad olunmasını sürətləndirmək əlimizdədir”. 

BAKU.WS-in məlumatına görə, bu fikri politoloq Elxan Şahinoğlu öz Facebbok səhifəsində yazıb. Onun fikrincə, Ermənistan prezidenti Serj Sərkisyan partiyasının bugünkü tədbirində söylədiyi fikirlər də bundan xəbər verir. Serj Sərkisyan deyib ki. Ermənistanda Dağlıq Qarabağ probleminin həll olunmamasının və Türkiyə tərəfdən blokadanın ölkəmizi uçuruma apardığını düşünənlər var. Bu zərərli fikirdir”. Ermənistan prezidenti həmçinin əlavə edib ki, rəsmi irəvanın Azərbaycanla silah yarışında iştirak etməyə ehtiyacı yoxdur. 

"Birinci fikrin açması budur ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalı Ermənistana baha başa gəlir. İkinci fikrin açması isə odur ki, Azərbaycan silahlanmaqda davam edəcək və Ermənistan Azərbaycanla ayaqlaşa bilməyəcək. İndi gəlirəm statusumun ilk cümləsinə. Ermənistanla Dağlıq Qarabağda birlikdə uzaqbaşı 2 milyon əhali yaşayır. Bəs Ermənistanın və Dağlıq Qarabağın ətrafında vəziyyət necədir ? 10 milyon Azərbaycanda, 30 milyon İranda, 60 milyon Türkiyədə (20 milyonun Ermənistana fərqli baxışı səbəbindən siyahıdan kənar tuturam) və 500 min Gürcüstanda yaşayır. Yəni 100 milyon 2 milyonla bacarmayacaq? 50 dəfə çoxuq!!! Sadəcə, halqanı qapatmaq lazımdır», - Şahinoğlu əlavə edib.

BAKU.WS

Oxşar xəbərlər

Sərkisyan Qarabağdan qayıdıb dedi: “Danışıqlar kəsilib, ordu, əhali çətin dövrə hazır olmalıdır”

Sərkisyan Qarabağdan qayıdıb dedi: “Danışıqlar kəsilib, ordu, əhali çətin dövrə hazır olmalıdır”

Dağlıq Qarabağ münaqişəsinə dair heç bir danışıqlar aparılmır, ordu, əhali çətin dövrə hazır olmalıdır. Virtualaz.org xəbər verir ki, bu barədə ötən həftə üç g...

1357 Siyasət 09:52 13 dekabr 2016

Son xəbərlər