Rusiya Dağlıq Qarabağın statusu ilə bağlı bəyanat verdi

Rusiya Dağlıq Qarabağın statusu ilə bağlı bəyanat verdi
Siyasət 3974

"Dağlıq Qarabağın taleyinə siyasi-diplomatik vasitələrlə qərar veriləcək".

BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Dağlıq Qarabağın statusu ilə bağlı məsələyə münasibət bildirərkən deyib. 

"Dağlıq Qarabağın statusu xalqların özmüqəddaratını təyinetmə prinsipinə əsaslanaraq müəyyənləşdirilməlidir. Bunu münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədr (ABŞ, Rusiya, Fransa) ölkələrinin prezidentləri də dəfələrlə bəyan ediblər”, - Zaxarova əlavə edib. 

Zaxarova deyib ki, Rusiya münaqişənin həlli üçün lazımi köməyi göstərməyə hazırdır.

Qeyd edək ki, ötən gün Ermənistan hökumətinin müxalif deputatlar tərəfindən hazırlanan Dağlıq Qarabağın statusuna dair qanun layihəsinə müsbət rəy verərək parlamentin müzakirəsinə təqdim etdiyi haqqında xəbərlər yayıldı. Amma qısa müddət sonra rəsmi İrəvan məlumatı təkzib etdi.

BAKU.WS

Oxşar xəbərlər

Ermənistandan Qarabağ BƏYANATI

Ermənistandan Qarabağ BƏYANATI

Ermənistan hökumətinin iki deputatın "Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması təşəbbüsü ilə bağlı rəyi ətrafındakı söz-söhbətlər yersizdir. A...

2821 Siyasət 20:02 05 may 2016

Son xəbərlər