Ötən ay dünyada “ən isti mart” kimi qeydə alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqının (Aİ) Kopernik peyk izləmə sistemi tərəfindən aparılan ölçmələrə görə, keçən ayın dünyada indiyə qədər qeydə alınan "ən isti mart" olduğu bildirilir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, keçən ayın orta səth hava istiliyi 14,14 dərəcə olaraq ölçülüb.
Açıqlamada, bu ölçünün yanvar ayı üçün 1991-2020-ci illərin orta göstəricisindən 0,73 dərəcə, 2020-ci ildə qeydə alınan əvvəlki ən isti mart ayından isə 0,10 dərəcə yuxarı olduğu qeyd olunub.
Bildirilib ki, ötən mart dünyada indiyə qədər qeydə alınan "ən isti mart" olub və son 10 ay ardıcıl olaraq qeydə alınan ən isti ay olaraq tarixə düşüb.
Son 12 ayda (2023-cü ilin aprel - 2024-cü ilin mart ayları) qlobal orta temperaturun 1991-2020-ci illərin orta göstəricisindən 0,70 dərəcə yüksək olduğu bildirilib.
Oxşar xəbərlər
2024-cü il illə bağlı həyəcan təbili çalındı
Son illərdə dünyada temperaturun sürətlə artmasına dair artan sübutlar iqlim dəyişikliyi təhlükəsini daha da qabarıq göstərir. BAKU.WS xarici mətbuata istinadən...