Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə: düşmən itkiləri açıqladı
Cəbhədə ötən gün vəziyyət gərginləşib.
BAKU.WS-in məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 51 dəfə pozub. Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində düşmən çox sayda itki verib. Ermənistan KİV-i artıq bir əsgərin həlak olduğunu yazıb. Məlumata görə, 1991-ci il təvəllüdlü Qor Frunzikoviç Xudinyan güllə yarasından ölüb.
Ermənistan tərəfinin itkiləri dəfələrlə artıq olsa da hələki bunu gizlədirlər. Gün ərzində ermənilərin digər itkilərini də açıqlayacağı istisna olunmur.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Cəbhədəki son vəziyyətlə bağlı rəsmi açıqlama
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə...