Ömer Çelik: “Ermənistan bu dəfə də atəşkəsi pozmaqla hücum yolu seçdiyini bir daha sübut edib”

“Ədalətsiz və qanunsuz hücumlar qarşısında Azərbaycanın Vətən müdafiəsi davam edir. Qarabağ Azərbaycan torpağıdır. Ermənistan orada işğalçıdır”.
BAKU.WS APA-ya istinadən xəbər ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik partiyanın İdarə Heyətinin növbəti toplantınsından sonrakı çıxışında belə deyib.
Ömər Çelik bildirib ki, Ermənistan üçüncü dəfə humanitar atəşkəs şərtlərini pozmaqla diplomatik yolu yox, hücum yolu seçdiyini bir daha sübut edib:
“Ermənistan müzakirə istəməyən tərəfdir. Bir tədbir olaraq bəziləri atəşkəs mexanizmini tətbiq etməyə çalışdı. Atəşkəs ermənilər tərəfindən anında pozuldu. Beləcə 23 oktyabr tarixinəcən Ermənistanın Azərbaycandakı mülki əhalinin yerləşdiyi yaşayış məntəqələrinə hücumu nəticəsində 63 mülki vətəndaş həyatını itirib, 219 azərbaycanlı qardaşımız yaralanıb. Bizim nəzərimizdə Azərbaycanın ərazi bütövlüyü qırmızı sərhədimizdir. Ermənistan hücum edən tərəfdir”.
Ömər Çelik bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi əlaqə saxlayır və dəstəyini ifadə edir, 18-20 oktyabr tarixlərində isə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Bakıya səfər edərək Türkiyənin Azərbaycana dəstəyini göstərib.
AKP sözçüsü onu da vurğulayıb ki, problemin həllini istəyənlər ilk növbədə Ermənistanı işgal siyasətindən daşındırmalıdır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir....
