Ombudsman: Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası yönündə mühüm işlər görülür
Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qorunması və onların cəmiyyətə tam inteqrasiyasının təmin olunması istiqamətində mühüm işlər görülür.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) III günü çərçivəsində təşkil olunan "Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər" mövzusuna həsr edilmiş tədbirdə deyib.
O qeyd edib ki, tədbirin əsas məqsədlərindən biri ölkədə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin gücləndirilməsidir:
"Həmçinin şəhərsalma sahəsində onların hüquqlarının təmin olunması və müasir şəhərlərin daha əlçatan mühitə çevrilməsi ön plandadır. Bu istiqamətdə artıq ilkin tədbirlər həyata keçirilir. Müxtəlif ölkələrdən qonaqların iştirak etdiyi tədbir çərçivəsində gün ərzində təlimlər təşkil olunacaq".
Oxşar xəbərlər
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür. 151 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Hə...