Ölkəmiz ABŞ ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
Azərbaycan və ABŞ hökumətləri iqtisadi artımı gücləndirmək və ikitərəfli biznes mühitini inkişaf etdirmək üçün əməkdaşlığa başlayır.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya"da da öz əksini tapıb.
Sənəd çərçivəsində tərəflər AI tərəfdaşlıqlarının inkişafını, rəqəmsal infrastruktur və kosmik sənaye sahəsində layihələri təşviq etməyi planlaşdırırlar. Həmçinin Tədqiqat və İnkişaf (R&D) platformaları, innovasiya körpü proqramları və kibertəhlükəsizlik təşəbbüsləri həyata keçiriləcək. Bu əməkdaşlıq ölkədə texnoloji istedadların inkişafını və transsərhəd rəqəmsal bağlantıların gücləndirilməsini dəstəkləyəcək.
Oxşar xəbərlər
"ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi müzakirə edilib
"ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi imkanları müzakirə edilib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Eldar Səlimov "X" sosial şəb...