Olimpiya və dördqat dünya çempionu vəfat etdi

12
dek
2021
17:18
Qılıncoynatma üzrə Tokio-1964 Yay Olimpiya Oyunlarının qalibi Yuri Şarov vəfat edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Qılıncoynatma Federasiyasının rəsmi saytı xəbər yayıb.
Veteran idmançı 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Yuri Şarov Tokio olimpiadasında komanda yarışlarının qalibi olub, 1968-ci il Meksikanın paytaxtı Mexikoda keçirilmiş Oyunlarda isə gümüş medal qazanıb. O, həmçinin 4 dəfə dünya çempionu adına layiq görülüb.
Oxşar xəbərlər
Tokio Olimpiadasında idmançılara 30 saniyəlik tibbi maskanı çıxarmağa icazə veriləcək
Tokio Olimpiadasında fəxri kürsüdə yer alacaq idmançılara mükafatlandırma zamanı tibbi maskanı çıxarmağa icazə veriləcək. BAKU.WS AZƏRTAC-a istinadən xəbər veri...