Meksikanın səfiri oğurluq edərkən yaxalandı - VİDEO
Meksikanın Argentinadakı səfiri Oskar Rikardo Valero Recio Buenos-Ayresdəki kitab mağazalarından birində oğurluq edərkən təhlükəsizlik kameralarına yaxalanıb.
BAKU.WS “Haber7”yə istinadən xəbər verir ki, səfir rəfdən götürdüyü kitabı əlindəki paketə qoyub və ödəniş etmədən mağazadan çıxıb.
Bu zaman mühafizə ona arxasınca gedərək geri qaytarıb və paketi yoxlamağa başlayıb. Kitabın oğurlandığı müəyyənlə.dikdən sonra polisə məlumat verilib. Səfirin diplomatik toxunulmazlığı olduğu üçün onun haqqında cinayət işi açılmayıb.
Hadisə ilə bağlı Meksikanın Baş naziri Marselo Ebrard bildirib ki, səfir geri çağırılıb:
“İntizam Komissiyasında səfirinin məsələsinin araşdırılmasını istədim. Bu müddətdə onun geri çağırılmasını da istədim. Görüntülərin doğruluğu təsdiq edilərsə, vəzifəsindən ayrılacaq. Saxtakarlığa tolerantlıq göstərmək olmaz”.
Qeyd edək ki, 76 yaşlı səfirin “El El Ateneo Grand Splendid” mağazasından oğurluq etdiyi bildirilir. Kitab isə 10 dollar dəyərindəki fransız tarixçi Qay-Çaussinand-Noqaret yazdığı “Qiacomo Kasanova” bioqrafiyasıdır.
Fərid ƏDALƏT
Qalereya
Oxşar xəbərlər
Neft dünyası üçün mühüm xəbər - Meksikada nəhəng neft yatağı tapıldı
Meksikanın dövlət neft-qaz şirkəti “Pemex” 500 milyon barel həcmində neft yatağı aşkar edib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbə...