Neft dünyası üçün mühüm xəbər - Meksikada nəhəng neft yatağı tapıldı
07
dek
2019
10:28
Meksikanın dövlət neft-qaz şirkəti “Pemex” 500 milyon barel həcmində neft yatağı aşkar edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Oktavio Romero Oropesa ölkə prezidenti Andres Manuel Oraduraya məruzə edərkən deyib.
O bildirib ki, yataq Tabasko ştatında yerləşir. “Pemex”bu kəşfi 1987-ci ildən bəri ölkənin cənubunda edilənlərin ən mühümü adlandırıb.
Xatırladaq ki, 2017-ci ildə Meksikanın dövlət neft-qaz şirkəti “Pemex” 1,5 mlrd. barel həcmində neft və qaz yatağı aşkar edib.
Oxşar xəbərlər
Meksika prezidenti ölkəsinin müflis vəziyyətə düşdüyünü bəyan edib
Meksikanın yeni prezidenti Andes Manuel Lopes Obrador ölkəsinin müflis vəziyyətə düşdüyünü bəyan edib. “RİA Novosti” xəbər verir ki, o, bu səbəbdən əhalinin büt...