Meksika prezidenti ölkəsinin müflis vəziyyətə düşdüyünü bəyan edib
17
sen
2018
21:24
Meksikanın yeni prezidenti Andes Manuel Lopes Obrador ölkəsinin müflis vəziyyətə düşdüyünü bəyan edib. “RİA Novosti” xəbər verir ki, o, bu səbəbdən əhalinin bütün tələblərini yerinə yetirməyin mümkün olmayacağını vurğulayıb. Ancaq bununla belə, Meksikanın yeni prezidenti seçki kampaniyası zamanı verdikləri bütün vədlərə əməl edəcəklərini söyləyib.Qeyd edək ki, A.Obrador seçki kampaniyası çərçivəsində təqaüdləri və gənclərə sosial yardımları artırmaq, elektrik enerjisi və benzinin qiymətlərini hazırkı səviyyədə saxlamaq, idarəetmə aparatının isə məsrəflərini ixtisar etmək vədləri vermişdi.BAKU.WS
Oxşar xəbərlər
Tramp İranla bağlı qərarını verdi
ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxmasını bəyan etmək niyyətin...