Polad Bülbüloğlu seçki mübarizəsini dayandırdı
10
okt
2017
21:12
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru postu uğrunda seçki mübarizəsini dayandırmağı qərar verib. BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin Polad Bülbüloğlunun adından yaydığı bəyantında bildirilib."Mən fəxr edirəm ki, ölkəm tərəfindən YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyim irəli sürülüb. Azərbaycan hökumətinə, şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mənə göstərdiyi etibara və dəstəyinə görə təşəkkürümü bildirirəm.Seçkilərə az müddət qalmış biz intensiv seçki kampaniyası keçirtdik. Bu çətin işdə mənə yardım göstərənlərə təşəkkürümü bildirirəm.YUNESKO-nun İcraiyyə Komitəsinin üzv ölkələrinə çoxsaylı səfərlər gerçəkləşdirilib. Onlarla görüşlər, çıxışlar və təqdimatlar keçirilib. Beynəlxalq nəşrlərdə məqalələr çap olunub. Həmin məqalələrdə Azərbaycanın namizədinin YUNESKO-nun gündəmi, təşkilatın gələcək fəaliyyəti ilə bağlı mövqeyi işıqlandırılıb. Bunlar böyük diqqət və dəstəklə qarşılanıb. Məhz YUNESKO-nun İcraiyyə Komitəsinin üzv ölkələrinin seçki kampaniyası çərçivəsində göstərdiyi dəstək bizə uğura ümid etməyə əsas verib.Lakin qələbə üçün lazım olan 30 səs uğrunda mübarizə zamanı biz seçkiqabağı kampaniyadakı uğuru davam etdirə bilmədik. Bu səbəbdən mən təəssüflə seçki mübarizəsini dayandırmağı qərara aldım. Lakin mən bunu borcunu yerinə yetirmək hissi ilə edirəm, çünki məndən asılı və lazım olan hər şeyi etmişəm”, - deyə Polad Bülbüloğlu bildirib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycandan Afrikada təhsilinə 1,5 milyon dollar vəsait
Azərbaycan dörd Afrika ölkəsində qızların təhsili üzrə YUNESKO layihəsinə 1,5 milyon dollardan çox vəsait ayırıb.Trend-in məlumatına görə, bu barədə Azərbaycanı...