Nyu-Yorkda Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olub
26 sentyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.
Bu barədə BAKU.WS-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.
Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.
Qalereya
Oxşar xəbərlər
Vardanyanın qaranlıq keçmişi: Amerikalı yazıçı niyə riskli fuquru müdafiə etdi?
Bu dəfə yazılan bir məktub məhkəmə hökmündən daha geniş müzakirə yaradıb. Çünki o, yalnız ünvanlandığı adama yox, onu oxuyan hər kəsə sual verir. Həmin sualın k...