“İnterpol”un istefa vermiş rəhbəri korrupsiyada şübhəli bilinir
08
okt
2018
11:25
“İnterpol”un eks rəhbəri, Çin Xalq Respublikasının (ÇXR) ictimai təhlükəsizlik nazirinin müavini Men Xunbey korrupsiyada şübhəli bilinir.BAKU.WS ria.ru-ya istinadən xəbər verir ki, bu barədə Çinin İctimai Təhlükəsizlik Nazirliyi rəsmi məlumat yayıb.Məlumatda qeyd olunub ki, Men Xunveyin rüşvət almaqda və başqa cinayətlərdə şübhəli bilinir və bununla bağlı Dövlət Nəzarət Komitəsi araşdırma aparır. Qeyd edək ki, İnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Men Xunvey istefa verib. Hazırda Cənubi Koreya vətəndaşı Kim Yonq Yanq prezidentin vəzifələrinin icraçısı təyin edilib. Yeni prezident noyabrda BƏƏ-də keçiriləcək Baş Assambleyanın iclasında seçiləcək.2004-cü ildə İnterpolun Çin bölməsinin rəhbəri olmuş Men Xunvey 2016-cı ilin noyabrın 10-dan İnterpolun prezidenti idi. O, eyni zamanda Çinin İctimai Təhlükəsizlik nazirinin müavini olub. O, ötən ay ölkəsinə səfəri zamanı qanun pozuntularına görə həbs olunub.BAKU.WS
Oxşar xəbərlər
İnterpol prezidenti istefa verdi
İnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Men Xunvey istefa verib.BAKU.WS xəbər verir ki, bu barədə məlumat İnterpolun “Twitter”...