İnterpol prezidenti istefa verdi
08
okt
2018
09:55
İnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Men Xunvey istefa verib.BAKU.WS xəbər verir ki, bu barədə məlumat İnterpolun “Twitter” səhifəsinə yerləşdirilib.Hazırda Cənubi Koreya vətəndaşı Kim Yonq Yanq prezidentin vəzifələrinin icraçısı təyin edilib. Yeni prezident noyabrda BƏƏ-də keçiriləcək Baş Assambleyanın iclasında seçiləcək.Qeyd edək ki, Men Xunvey eyni zamanda Çinin İctimai Təhlükəsizlik nazirinin müavini olub. O, ötən ay ölkəsinə səfəri zamanı qanun pozuntularına görə həbs olunub. 2004-cü ildə İnterpolun Çin bölməsinin rəhbəri olmuş Xunvey 2016-cı ilin noyabrın 10-dan İnterpolun prezidenti idi. Fransanın Lion Şəhər Prokurorluğu tərəfindən İnterpol prezidentinin itkin düşməsi ilə bağlı araşdırma başladılıb.BAKU.WS
Oxşar xəbərlər
Tovuzun yeni icra başçısı vəzifəsindən istefa verdi - Yerinə oğlu gəldi
Tovuz Rayon İcra Hakimiyyətinə yeni təyin olunan başçı Məmməd Cahangir oğlu Məmmədov "AQRO Kimya" MMC-nin prezidenti vəzifəsindən istefa verib.BAKU.WS xəbər ver...