Çində dövlət məmurunu rüşvətə görə asdılar
                            
                                26
                                may
                            
                                2017
                                13:45
                            
                            
Çinin Xalq Siyasi Məsləhət Şurasının Daxili Monqolustan Muxtar Bölgəsi Komitəsi başçısının müavini Çjao Lipin barəsində çıxarılan edam hökmü mayın 26-da səhər saatlarında icra olunub.
"Report” TASS-a istinadən xəbər verir ki, o, 3,4 milyon dollar məbləğində rüşvət almaqda, qəsdən adam öldürməkdə ittiham olunub.
Məhkəmənin qərarı ilə Ç.Lipinə məxsus 291 min dollarlıq əmlak da müsadirə edilib.
Məlumata görə, onun barəsində ölüm hökm bu il fevralın sonunda Çinin şimalında yerləşən Şansi Əyalət Məhkəməsi tərəfindən çıxarılıb.
BAKU.WS
Oxşar xəbərlər
Mehman Hüseynovun məhkəməsi olub
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib....