İnsult keçirən tanınmış aktyor daha bir əməliyyat olundu - FOTO

İnsult keçirən tanınmış aktyor daha bir əməliyyat olundu - FOTO
Siyasət 104

Bir neçə gün əvvəl insult keçirən türkiyəli aktyor Settar Tanrıöğen bir daha əməliyyat olunub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ötən gün 1 saatdan çox davam edən əməliyyat zamanı aktyorun beyninə yığılan maye götürülüb.

Onun hazırda rol aldığı "Kızılcık şerbeti" serialının çəkiliş meydanına nə vaxt qayıdacağı isə hələ ki, bilinmir.

Məlumat üçün bildirək ki, üç gün əvvəl Settar Tanrıöğen insult keçirib. O dərhal xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Bu barədə model Ebru Destan məlumat yayıb.

Uzun müddətdir ki, aktyorun yaddaşı tez-tez itir. Aparılan analizlər nəticəsində onun beynindəki damarların qanadığı aşkar edilir.

Xatırladaq ki, Settar Tanrıöğen bundan əvvəl "Kızılcık Şerbeti"nin çəkilişi zamanı infarkt keçirmişdi. O serialda Abdullah obrazını canlandırır.

Son xəbərlər