45 kiloqram arıqlayan aktyor: "Həyat yoldaşım sayəsində artıq çəkilərimi atdım" - FOTO
Türkiyəli aktyor Kayra Şenocak 45 kiloqram çəki atıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ötən gün aktyor həyat yoldaşı Ayşe Şenocakla İstanbulun Nişantaşı səmitində görüntülənib.
Ayaqüstü jurnalistlərin suallarını cavablandıran aktyor son zamanlar 45 kilo arıqlamasından da danışıb:
"Həyat yoldaşım sayəsində artıq çəkilərimdən xilas oldum. Pəhriz və idmanla arıqladım. Artıq 45 kilo çəki atmışam. Əməliyyat ya da hər hasnı bir prosedur etdirmədim. İdmanı sevən biri deyiləm. Çəkim 131 kiloya qədər artmışdı. Özümü bu çəkidə görmək istəmirdim".
Qeyd edək ki, Kayra Şenocak hazırda Türkiyədə yayımlanan və reytinqlərdə ilk sıralarda yer alan "Kızılcık Şerbeti" serialında Ertuğrul obrazını canlandırır.
Oxşar xəbərlər
22 kiloqram arıqlayan aktyorun SON HALI - FOTO
Türkiyəli komediyaçı Ata Demirerin son görüntüləri hər kəsi təəccübləndirb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o sosial şəbəkə izləyiciləri ilə ye...