İnstaqramda möhtəşəm yenilik - “TikTok”dakı kimi…
Yeniliklərdən dərhal xəbərdar olun
İnstaqram sosial şəbəkəsi rəqibi "TikTok"u xatırladan yeniliyi istifadəçilərinə təqdim edib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra sosial şəbəkədə hər kəsə açıq videoların telefonun yaddaşına yüklənməsi funksiyası aktivləşəcək.
Məlumata görə, bu barədə instaqramın baş direktoru Adam Mosserinin açıqlama verib. O bildirib ki, yalnız ictimai hesablardakı “reels”lər endirilə bilər. İctimai şəxslər videonun yüklənə bilmə funksiyasını özləri bağlaya bilərlər.
Sözügedən funksiya hazırda yalnız ABŞ-də mobil cihazlarda və yalnız qeyri-şəxsi hesablarda mövcuddur. Xüsusiyyətdən istifadə etmək üçün müəyyən bir çarxın “Paylaş” ikonasına toxunub “Yüklə” funksiyasını seçə bilərsiniz.
Oxşar xəbərlər
Daha bir ölkədə “TikTok”a məhdudiyyət qoyuldu
Son zamanlar məxfilik problemləri ilə gündəmə gələn Çin mərkəzli sosial media platforması “TikTok”un istifadəçi sayı günü-gündən artmağa davam edir. BAKU.WS xa...