Nikol Paşinyan Rusiyaya gedib

Nikol Paşinyan Rusiyaya gedib
Siyasət 151

Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək üçün Praqadan Sankt-Peterburqa gedib.

BAKU.WS bu barədə "Sputnik Armeniya"ya istinadla məlumat yayıb.

Məlumata görə, Paşinyan Rusiyaya Avropa Siyasi Birliyinin Praqada keçirilən sammitindən dərhal sonra yollanıb.

Qeyd edək ki, sonuncu qeyri-rəsmi zirvə toplantısı 2021-ci il dekabrın 28-də Sankt-Peterburqda keçirilib.

Xatırladaq ki, oktyabrın 6-da Fransa Prezidenti Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Prezident İlham Əliyevlə Paşinyanın dördtərəfli görüşü baş tutub.

Son xəbərlər