Nigeriyada təyyarə qəzaya uğrayıb

Nigeriyada təyyarə qəzaya uğrayıb
Siyasət 93

Nigeriyanın paytaxtı Abuci şəhərində təyyarə qəzaya uğrayıb.

BAKU.WS "TASS"a istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, pilot təyyarəni yaşayış məhəllələrindən uzaqlaşdıra bilib və o, boş sahəyə düşərək tamamilə yanıb.

"Reuters" agentliyi öz növbəsində təyyarənin Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus olduğunu bildirir. Məlumata görə, təyyarə Abuci aeroportuna enməyə hazırlaşırmış.

Nigeriya Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan kəşfiyyat təyyarəsinin göyərtəsində olan 2-i heyət üzvü olmaqla, 7 nəfər həyatını itirib.

Son xəbərlər