Netayahu və nazirləri qorumaq üçün Qüdsdə xüsusi bunker hazırlanıb

Netayahu və nazirləri qorumaq üçün Qüdsdə xüsusi bunker hazırlanıb
Siyasət 78

İsrail Təhlükəsizlik Xidməti İranın potensial hücumu halında ölkəni idarə etmək üçün bunker hazırlayıb.

Bu barədə "Walla" adlı yerli portal yazıb.

Məlumata görə, bir neçə yüz nəfəri qəbul edə bilən bu sığınacaq Qüds yaxınlığında yerləşir. Bunker iş otaqları ilə yanaşı, yaşayış yerlərini də əhatə edir və Müdafiə Nazirliyi ilə əlaqə mərkəzinə malikdir. Bu yer raket zərbələrindən qorunmaq üçün xüsusi şəkildə hazırlanıb.

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken İran və "Hizbullah"ın İsrailə hücum edə biləcəyini açıqlayıb. Bölgədəki vəziyyət, HƏMAS siyasi bürosunun rəhbəri İsmail Haniyyənin Tehranda öldürülməsindən sonra daha da gərginləşib.

Son xəbərlər