Nazirlər Kabinetindən VACİB QƏRAR
Nazirlər Kabineti 3 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası"nda dəyişiklik edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra ölkə Prezidentinin müvafiq aktı ilə müəyyən edilən hallarda müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə yanaşı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi həyata keçirəcək.
Oxşar xəbərlər
Niderlandda Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edilib
Azərbaycanın Niderlanddakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. "Report"un məlumatına görə, mərasim Ulu Öndərin...