Nazir vəzifəli məmurları cəzalandırdı (FOTO)

Nazir vəzifəli məmurları cəzalandırdı (FOTO)
Siyasət 3304
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2017-ci ilin birinci yarımilinə dair fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin ctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov DSMF-nin vəzifəli şəxslərini cəzalandırıb.

Məlumata görə, iclasda 2017-ci ilin birinci yarımilində əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi, sosial proqramların icrası sahəsində görülən işlərin yekunları və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib.

Bu sahədə müsbət nəticələr vurğulanmaqla, yol verilmiş ayrı-ayrı nöqsanlara da toxunulub.

Öz fəaliyyətini və əhaliyə xidmətin təşkilini düzgün qura bilməyən və işində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib.

Səlim Müslümov pensiya qanunvericiliyində dəyişikliklərdən irəli gələn məsələlər, sığortaedənlərlə işin, habelə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin səmərəli təşkili və s. ilə əlaqədar tapşırıqlarını verib.

BAKU.WS

Oxşar xəbərlər

Nazirdən pensiyaçılara ŞAD XƏBƏR

Nazirdən pensiyaçılara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının pensiyalarının ödənilməsi Ramazan bayramının sonuna qədər...

5341 İqtisadiyyat 13:45 20 iyun 2017

Son xəbərlər