Naxçıvan Konstitusiyası dəyişdi - RƏSMİ

Naxçıvan Konstitusiyası dəyişdi - RƏSMİ
Siyasət 3364
 

Fevralın 23-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.

1. 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr

2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi

Ali Məclisin Sədri gündəlikdə duran üçüncü məsələ ilə bağlı qeyd edib ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb. Konstitusiyanın Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququnu tənzimləyən 8-ci maddəsi yeni redaksiyada verilərək adından və mətnindən məhdudlaşdırıcı ifadələr çıxarılıb, maddənin strukturu Konstitusiya normalarına uyğunlaşdırılıb. Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri də gənclərin dövlət quruculuğunun bütün təbəqələrində iştirakına şəraitin yaradılması ilə bağlıdır. Belə ki, Konstitusiyanın 15-ci, 29-cu və 41-ci maddələrinə edilən dəyişikliklərə əsasən 18 yaşı tamam olmuş, seçkilərdə iştirak hüququ olan hər bir şəxs dövlət orqanlarında təmsil oluna biləcəkdir. Təklif olunan dəyişikliklərdə deputatların məsuliyyətinin artırılması məsələsi də öz əksini tapıb. Konstitusiyanın 43-cü maddəsinin III hissəsinə təklif edilən dəyişiklik isə texniki xarakter daşıyır.

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu oxunub və səsə qoyularaq qəbul edilib.

Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məruzə ilə çıxış edib.

Oxşar xəbərlər

Vasif Talıbovun vitse prezident seçilməsi ilə bağlı Naxçıvandan AÇIQLAMA

Vasif Talıbovun vitse prezident seçilməsi ilə bağlı Naxçıvandan AÇIQLAMA

"Naxçıvan Respublikasının fövqəladə deyil, 5-ci sessiyası çağırılacaq. Ali Məclisin sədri Vasif Talıbovun vitse-prezident elan olunacağı xəbəri də bizim qəzetdə...

4280 Siyasət 15:44 23 fevral 2017

Son xəbərlər