Naxçıvan Regional DOST Mərkəzində gün ərzində 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur
Naxçıvan Regional DOST Mərkəzində gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov məlumat verib.
O bildirib ki, mərkəzdə əhaliyə 164 sosial xidmət göstəriləcək:
"Ümumilikdə 117 işçinin və 50 könüllünün fəaliyyət göstərəcəyi mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur. Bütün xidmətlər "Bir pəncərə" prinsipi əsasında təşkil olunub və Naxçıvan sakinlərinə rahat, operativ və əlçatan şəkildə təqdim ediləcək. Bu yanaşma müxtəlif sosial istiqamətlər – pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığagötürmə və digər sosial xidmətlərin vahid məkanda, şəffaf formada göstərilməsinə imkan yaradır. Əlilliyi olan şəxslərin mərkəzdə tibbi-sosial ekspertizası, onların fərdi ehtiyaclarına uyğun reabilitasiya vasitələri ilə təminatı, eyni zamanda, reabilitasiya xidmətlərindən yararlanmaları üçün ixtisaslaşmış reabilitasiya müəssisələrinə göndərişlərin rəsmiləşdirilməsi də icra ediləcək".
Daha ətraflı "Baku TV"nin süjetində:
Oxşar xəbərlər
Naxçıvanda tikilən yeni mehmanxana kompleksi ilə bağlı detallar açıqlandı
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Naxçıvan" Mehmanxana Kompleksinin təməlqoyma mərasimində iştirak...