Naxçıvanda yeni dövlət fondu yaradılıb

Naxçıvan Muxtar Respublikası Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fondu yaradılıb.
"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov fərman imzalayıb.
Təbii ehtiyatlardan səmərəli istifadə olunması, mineral xammal bazasının bərpası, ətraf mühitin və yaşıllıqların mühafizəsinin təmin olunması məqsədilə yaradılan fondun əsasnaməsi də təsdiq edilib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...