Mütəllibov komandasının güllələməsinin sirrini açılır
Yeniliklərdən dərhal xəbərdar olun
Daha sonra aydınlaşacaq - onlar bədbəxtliyin əlamətləri idilər. O səhər Vəli Məmmədovun həyat yoldaşı ilk dəfə idi ki, onu yola salarkən arxasınca uğur suyu atmadı...
Bir gün əvvəl atası ilə telefonla danışmış oğlu İsmət Qayıbova demişdi ki, o söhbətdən sonra ürəyinə dammış nigarançılıq ona rahatlıq vermir...
Vəli Məmmədovun və İsmət Qayıbovun ailə dostu olmuş, "bort-72”nin qəzaya uğraması ilə bağlı jurnalist araşdırması aparmağa təşəbbüs göstərmiş publisist Nadejda İsmayılova, onların Ağdama yola düşmələrindən bir az əvvəl baş prokurorla rastlaşmış və onu bu səfərdən imtina etməyə israrla inandırmağa çalışmış hansısa bir qadın haqda yazmışdı...
Öz növbəsində, başıbəlalı həmin 20 noyabr gecəsi Məhəmməd Əsədovun xanımı yuxusunda görmüşdü ki, guya onların mənzilinin elektrik "rozetka”larından sarı tüstü çıxır və birdən tabuta oxşar buluda çevrilərək qonaq otağının ortasından asılır...
Azərbaycan Respublikasının dövlət katibi, akademik Tofiq İsmayılovun gündəliyindəki son yazılardan: "... İnsanları çıxarmaq lazımdır. Təhlükəli zona – Martuni. Qorxu var ki, bizimkilər özləri gedəcəklər. Xocavənd. Qaradağ ("Qaradağlı"?– R.Q.) (12.11.91); "Xocavənd – insanlar çıxırlar. Narvin – 8 evi (altı cızılıb– R.Q.) yandırdılar. Axşam yandıracaqlar!! 150 in-i (insanı?– R.Q”.)"; "... Xocalı, Xocavənd, Qaradağlı və Cəbrayıl rayonunun müxtəlif y.m.-nə ("yaşayış məntəqələri”-?" – R.Q.) hücum gözlənilir; Hərbçilər öndə – irəlidədir! Təcili – hərbçilər edirlər! Barannikov (...) Əsgərlər qoymalı! Bu gün! Bölüklər üzrə qoymaq! Bizim kəndlərimizdə əsgər yoxdur (altı cızılıb– R.Q.)!!" (16.11.91).
Gündəlik burada qırılır...
Bəs sonra nə baş verdi? Bu qəzanın arxasında hansı sirlər yatır? Mütəllibov komandasının ən üzdə olan nüfuzlu nümayəndələri necə və nəyə görə güllələndi?
Bu və digər sualların cavabı haqqin.az saytında – bu linkdə. Rövşən Qafarovun araşdırmasını oxuyun. Çox şeylərdən agah olacaqsınız...
BAKU.WS
Oxşar xəbərlər
"Məsləhət olsa, oğlum baldızıyla da yaşayar, yoldaşıyla da" - 15 yaşlı qızla qaçan kişinin anası
Xəbər verdiyimiz kimi Cəlilabad rayonunun Mikayıllı kənd sakini Ələmdar Məmmədov 15 yaşlı baldızı Gülbahar Əhmədovanı (ad şərtidir) qaçırıb. Məmmədovun həyat yo...