Müğənni Sıla sümüyünü sındırdı - VİDEO

Müğənni Sıla sümüyünü sındırdı - VİDEO
Video
Siyasət 155

Türkiyənin məşhur müğənnisi Sıla Gençoğlu yıxılaraq körpücük sümüyünü sındırıb.

BAKU.WS-in məlumatına görə, sənətçi bu barədə instaqram hesabından paylaşım edib.

Müğənni hadisənin təxminən 20 gün əvvəl baş verdiyini və iyun ayına planlaşdırdığı konsertlərin ləğv olunduğunu açıqlayıb.

Son müayinədən sonra həkimlər Sılaya konsertlərini yarımçıq qoymalı olduğunu bildiriblər.

"Bu, yeni hadisə deyil, əslində mayın 10-da baş verib. Məlum hadisəyə görə ilk üç konsertimizi ləğv etdik. Təbii ki, çox böyük mənəvi sarsıntı yaşadım. Tezliklə qucaqlaşmaq ümidi ilə", - deyə Sıla paylaşımında qeyd edib.

Sözügedən paylaşımı təqdim edirik:

Son xəbərlər