Müge Anlı: “Azərbaycana edilən hücumu ölkəmə edilən hücum kimi qəbul edirəm”
“Alqışlarınız daha güclü olmalıdır, çünki Azərbaycan üçündür. Haqlı davalarında millət və dövlət olaraq yanınızdayıq. 2020-ci ildir. Mülki şəxslərə hücumu qəbul etmirik! Şəxsi fikrimi deyirəm, Azərbaycana edilən hücumu ölkəmə edilən hücum kimi qəbul edirəm”.
BAKU.WS xəbər verir ki, bu sözləri Türkiyənin məşhur aparıcısı Müge Anlı öz proqramında açıqlayıb. O, millət və dövlət olaraq Azərbaycana dəstək olduqlarını bildirib:
“Milləti bu düşüncədə olanın dövləti də bu düşüncədədir. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Onlara bütün millətlərin dəstəyini gözləyirəm. Belə bir şeyi qəbul etmək dünya ölkələri üçün mümkün olmamalıdır. Özümü öz ölkəmdə hiss etdiyim yeganə yerdir. Eyni yeməyi yeyirik, dili danışırıq, ortaq mədəniyyətə sahibik. Aramızda sərhəd ola bilər, amma biz eyni millətik. Azərbaycan ordusuna uğurlar diləyirəm. Allah sizi qorusun! Dualarımız, gözəl duyğularımız sizinlədir!”
Oxşar xəbərlər
Onu həbs etmək, məhkəməyə çağırmaq, şahid kimi cinayət işinə cəlb etmək olmaz
Hazırda kraliça II Yelizavetanın ailəsinin yeni üzvü, əsmər gözəl Meqan Marklla olan münasibəti hər kəsin müzakirə mövzusudur. Hətta ölkəmizdə onları "Qayınana"...