Müdafiə Nazirliyi Ermənistandakı vəziyyətlə bağlı bəyanat yayıb
23
apr
2018
18:35
Azərbaycan Müdafiə Nazirliyi Ermənistandakı vəziyyətlə bağlı bəyanat yayıb.MN-dən BAKU.WS-ə daxil olan bəyanatda deyilir ki, Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir, gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir.Bəyan edirik ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq.BAKU.WS
Oxşar xəbərlər
Müdafiə Nazirliyi bəyanat yaydı
Azərbaycanın Müdafiə Nazirliyi bəyanat yayıb.Nazirlikdən BAKU.WS-ə daxil olan bəyanatda deyilir: "Son günlər Ermənistan mətbuatı ölkənin rəsmi qurumlarına istin...