MSK prezident seçkilərində "exit-poll" keçirmək üçün müraciət edən təşkilatları açıqlayıb

MSK prezident seçkilərində exit-poll keçirmək üçün müraciət edən təşkilatları açıqlayıb
Siyasət 2

Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlərini təqdim edən təşkilatların sayı məlum olub.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, növbədənkənar prezident seçkilərində "exit-poll" keçirmək üçün akkreditasiya ilə əlaqədar üç təşkilat MSK-ya sənədlərini təqdim edib:

"Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, "Sosial Tədqiqatlar Mərkəzi" MMC-dir".

Son xəbərlər