İmran Xana sui-qəsd planı hazırlandı
Pakistanın xüsusi xidmət orqanları Baş nazir İmran Xana qarşı sui-qəsd planını üzə çıxarıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “Dawn” qəzeti informasiya və teleradioyayım naziri Favad Çoudriyə istinadən məlumat yayıb.
“Bu məlumatdan sonra hökumətin qərarı ilə Baş nazirin mühafizəsi gücləndirilib”, - Çoudri bildirib.
Bundan əvvəl Pakistanın hakim “Ədalət uğrunda Hərəkat” Partiyasının lideri Feysəl Vavda da oxşar bəyanatlarla çıxış edərək, Baş nazirin ölkəni “ölkəni satmaqdan” imtina etdiyinə görə həyatına sui-qəsd planının hazırlandığını bildirib.
Sui-qəsdlə bağlı xəbərlər aprelin 3-də Baş nazirə etimadsızlıq səsverməsi fonunda yayılıb.
Oxşar xəbərlər
Paşinyan hakimiyyəti Qərb mediasının hədəfində
Janna Kavelye deyir ki, Paşinyan jurnalistləri “qatil”, erməni media məkanını isə “zibilxana” adlandırıb. Amma özü qəzetin baş redaktoru olub. Bu cür düşmənçili...