İmran Xana hökm oxundu
Polis Lahorda həbs edilən Pakistanın keçmiş baş naziri və müxalif Ədalət Hərəkatı Partiyasının sədri İmran Xanı helikopterlə İslamabada aparacaq.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Xanın vəkilləri onun həbsinin qanuniliyinə etiraz etmək üçün artıq Lahor Ali Məhkəməsinə müraciət ediblər.
Qeyd edək ki, partiya sədrinə qarşı dələduzluq və əcnəbi liderlərdən qeyri-qanuni hədiyyə satışı əməliyyatları ilə bağlı ittihamlar ötən il istintaq orqanlarının tələbi ilə irəli sürülüb.
Xarırladaq ki, Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Hərəkatı Partiyasının sədri İmran Xan üç il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, keçmiş hökumət başçısı korrupsiyada təqsirli bilinib. Məhkəmə həmçinin onu 100 min rupi (1209 dollar) məbləğində cərimələyib.
Oxşar xəbərlər
Pakistan polisi İmran Xanın evini mühasirəyə alıb
Pakistan polisi keçmiş baş nazir İmran Xanın evini mühasirəyə alıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "Dawn" portalı məlumat yayıb. Polisin...