İmran Xan girov müqabilində azad edildi
İslamabad Məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının (PTİ) sədri İmran Xanı girov müqabilində iki həftəlik azad edib.
BAKU.WS verir ki, bu barədə "Reuters"ın yaydığı məlumatda bildirilib.
Xatırladaq ki, İmran Xan mayın 9-da saxlanılıb. Mayın 11-də Pakistan məhkəməsi keçmiş Baş nazir barəsində 8 günlük həbs qərarı çıxarıb. Bundan sonra ölkənin İslamabad, Peşavər, Haripur, Abottabad, Sialkot, Faisalabad, Ravalpindi, Lahor və başqa bölgələrində etiraz aksiyaları başlayıb. Sabiq Baş nazir xarici ölkə liderlərindən 630 min dollarlıq hədiyyə almaqda ittiham olunur.
Onun həbsi Pakistanın bir sıra iri şəhərlərində müxalifətin kütləvi etirazlarına səbəb olub.
Pakistanın bir sıra bölgələrində İmran Xanın tərəfdarları ilə polis arasında şiddətli toqquşmalar baş verib.
Oxşar xəbərlər
Pakistanda baş verən etirazlarda 298 nəfər saxlanılıb
Pakistanda baş verən etirazlarda 298 nəfər saxlanılıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə İslamabad polisi məlumat yayıb. Onlar şəxsi və ictimai...