Sui-qəsdə məruz qalan İmran Xanın son durumu açıqlanıb - VİDEO - YENİLƏNİB - 1

Sui-qəsdə məruz qalan İmran Xanın son durumu açıqlanıb - VİDEO - YENİLƏNİB - 1
Video
Siyasət 373

Pakistanın keçmiş Baş naziri İmran Xan sui-qəsd cəhdi zamanı ayağından 3-4 güllə yarası alıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə onun partiyasının üzvləri məlumat verib.

Sabiq hökumət başçısı xəstəxanaya yerləşdirilib. Onun yarasının yüngül olduğu bildirilib.

***16:47

Pakistanın keçmiş Baş naziri İmran Xana atəş açan şəxs tutulub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs kameralara da düşüb. Onun kimliyi barədə hələlik heç bir məlumat açıqlanmayıb.

***16:09

Pakistanın keçmiş baş naziri İmran Xana sui-qəsd olub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, karvanına açılan atəş nəticəsində yaralanıb.

Məlumata görə, hadisədən az sonra İmran Xan konteynerdən güllə keçirməyən maşına köçürülüb. Xanın sağ ayağının sarğılı olduğu görülüb.

Bundan başqa, hadisə nəticəsində 4 nəfər yaralanıb.

Son xəbərlər