Moskvaya növbəti PUA hücumu olub

Moskvaya növbəti PUA hücumu olub
Siyasət 2

Rusiya Federasiyasının Moskva vilayətinin İstra rayonunda hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatını (PUA) vurub.

BAKU.WS xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram səhifəsində bildirib.

İlkin məlumata görə, hadisə nəticəsində dağıntı və xəsarət alan olmayıb:

"Bu gecə İstra rayonunda hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan pilotsuz uçan aparatını məhv edib. Tələfat və dağıntı yoxdur".

Sobyanin əlavə edib ki, hadisə yerində təcili xidmətlər işləyir.

Bildirilib ki, insidentlə əlaqədar Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo hava limanları üzərində hava məkanı bağlanıb.

Oxşar xəbərlər

Gecə Moskvaya PUA ilə hücum olub

Gecə Moskvaya PUA ilə hücum olub

Ötən gecə pilotsuz uçuş aparatı (PUA) Moskvaya uçmaq istəyərkən hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, onun qalıqları “Ekspocenter” ərazisinə...

0 Siyasət 09:10 18 avqust 2023

Son xəbərlər