Gecə Moskvaya PUA ilə hücum olub
Ötən gecə pilotsuz uçuş aparatı (PUA) Moskvaya uçmaq istəyərkən hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, onun qalıqları “Ekspocenter” ərazisinə düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında yazıb.
O, bildirib ki, ilkin məlumata görə, "ciddi dağıntı", zərərçəkənlər yoxdur.
"Bu gecə hava hücumundan müdafiə qüvvələri Moskvaya uçmaq istəyən pilotsuz uçuş aparatını məhv edib. PUA-nın qalıqları “Eksposentr” zonasına düşüb, binaya ciddi ziyan dəyməyib. İlkin məlumata görə, zərərçəkən yoxdur. Şəhərin fövqəladə hallar xidmətləri hadisə yerində işləyir”, - Sobyanin yazıb.
Oxşar xəbərlər
Moskvaya PUA-larla hücum olub
Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə Ukraynaya məxsus PUA-larla hücum olub. BAKU.WS-in Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barə...