Moskvadan Qarabağ AÇIQLAMASI: "Nikbinlik yoxdur"

13
okt
2016
20:05
"Moskvanın Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağı ilə bağlı böyük nikbinliyi yoxdur”.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, bununla belə Rusiya İrəvan və Bakı ilə işi davam etdirəcək.
Uşakov danışıqların detallarını açıqlamaqdan imtina edib. O qeyd edib ki, danışıqlarda bir çox variant və təkliflər müzakirə olunur.
"Lakin mən bir daha qeyd edirəm ki, xüsusi nikbinlik üçün əsas yoxdur”, - deyə o vurğulayıb.
BAKU.WS
Oxşar xəbərlər
Hazırda Moskvada Qarabağın taleyi müzakirə olunur
Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsləhətləşmələr başlayıb. APA-nın M...
