MM-in komitə sədri: AŞPA ilə "qapı"nı biz bağlamamışıq
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin komitə sədri AŞPA ilə "qapı"nı Azərbaycanın bağlamadığını, ölkənin bütün təşkilatlarla əməkdaşlığa hazır olduğunu bildirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycana qarşı olan qüvvələr elə addım atdılar ki, AŞPA-da nümayəndə heyəti fəaliyyətini dayandırmali oldu:
"Biz mövqeyimizi açıq şəkildə göstərmişik. Azərbaycan qarşı olan qüvvələrlə əməkdaşlıq etməyəcəyik. AŞPA başa düşməlidir ki, Azərbaycan başqa reallıqdadır. Onlar obyektiv həqiqəti qəbul etməlidirlər".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin...